`Burda azərbaycanlılar və ermənilər normal yaşayır` - Timati (VİDEO)

`Burda azərbaycanlılar və ermənilər normal yaşayır` - Timati (VİDEO)
  25 Avqust 2016    Oxunub:15496
Hazırda Türkiyənin məşhur bölgələrindən biri Kəmərdə olan məşhur rusiyalı reper Timati gecə klublarından birində konsertlə çıxış edib.
AzVision.az xəbər verir ki, reper konsertindən olan görüntünü “İnstagram” səhifəsində yazıb.

Görüntüdə Timati türk bayrağını yelləyərək tamaşaçıları salamlayıb.

“Mən Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin bərpa olunmasına görə şadam. Düzünü desəm, mən hətta bizim səsli konsertlərimiz üçün də darıxmışdım!!! Bu az olan elə yerlərdəndir ki, burada eyni zamanda həm ruslar və ukraynalılar, həm ermənilər və azərbaycanlılar, qazaxlar və türklər normal gəzirlər”, - deyə reper yazıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti