Rusiyada azərbaycanlıların bazarında atışma

Rusiyada azərbaycanlıların bazarında atışma
  23 Avqust 2016    Oxunub:21167
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Sofiysk meyvə-tərəvəz bazasında yer üstündə silahlı insident yaşanıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, insident iki satıcı arasında baş verib.

İlkin məlumata görə avqustun 23-ü səhər saat 7 radələrində bazarda alver edən biznesmenlərdən biri digər sahibkarın yerini tutub. Nəticədə mübahisə yaranıb və mübahisə edən şəxslərində biri digərinə travmatik tapançadan atəş açıb. Yaralı şəxs xəstəxanaya çatdırılıb. Hazırda polis atəş açan şəxsi axtarır.

Qeyd edək ki, iyunun 20-i bu meyvə tərəvəz bazasında həmyerlimiz 27 yaşlı Emil Hüseynov öldürülüb. Həmin vaxt bazarın mühafizəçiləri atəş açan şəxsi yaxalayıblar. Hadisə ilə bağlı cinayət işi başladılmışdı. Hadisənin 54 yaşlı Azərbaycan vətəndaşının sifarişi ilə törədildiyi bildirilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti