Çöhrəqanlı da 15 avqustda Bakıya gəlir

Çöhrəqanlı da 15 avqustda Bakıya gəlir
  06 Avqust 2013    Oxunub:899
Bu, Mahmudəli Çöhrəqanlının 7 il sonra Bakıya ilk səfəri olacaq.
AzVision.az-ın məlumatına görə, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı Bakıya gəlməyə hazırlaşır.

Doktor Çöhrəqanlını Azərbaycana gətirən təyyarə avqustun 15-i yerli vaxtla saat 21.30-da Bakı Hava Limanında olacaq.

Xatırladaq ki, bu, Mahmudəli Çöhrəqanlının 7 il sonra Bakıya ilk səfəri olacaq. Çöhrəqanlı Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti