Ermənilər Sarkisyanın istefasını tələb edirlər

Ermənilər Sarkisyanın istefasını tələb edirlər
  20 Avqust 2016    Oxunub:7319
Ermənistanda yenidən etiraz aksiyası keçirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçı kütlə İrəvanın `Azadlıq` meydanına toplaşıb, prezident Serj Sarkisyanın istefası tələbi ilə çıxış ediblər.

"İrs" partiyasının sədr müavini Armen Martirosyan Sarkisyan istefaya getməyənədək etirazların davam edəcəyini, mövqelərindən dönməyəcəklərini bəyan edib.

Aksiyada çıxış edənlər hakimiyyət və ölkə rəhbərliyi əleyhinə sərt fikirlər səsləndiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti