Lənkəranskini kürdlər öldürüb - Şok iddia

Lənkəranskini kürdlər öldürüb - Şok iddia
  19 Avqust 2016    Oxunub:6853
Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbə Rosbalt nəşrinə bildirib ki, o, avqustun 17-ində axşam saatlarında İstanbuldakı hotellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib.
AzVision.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, bundan sonra Rövşən Lənkəranski hoteldən çıxıb və Range Rover markalı avtomobilin arxa oturacağına əyləşib. Arxada isə Lənkəranskinin müühafizəçilərinin olduqları maşın vardı.

R.Lənkəranskinin olduğu maşın sürətlə yerindən götürülüb, arxadakı maşın bir qədər geri qalıb. Bu da arxadakı maşında oturmuş adamların həyatını xilas edib.

Qəflətən Range Rover jülləbaran olunub. Atəş açanlar ən azı 3 nəfərdilər və onlar maşına irəlidən, yandan, arxadan atəş açırdılar. Sürücü maşını saxlayıb, sonra avtomobil geriyə hərəkət edib, atəş xəttindən çıxıb.

“Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar "Ded Xasan"ın güllələnməsinin qisasını almaq istəyirdilər. “Ded Xasan”ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə razılıığ və yaxşı pulu da "qanuni oğrular"ın verdikləri aydındır”, - mənbə deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti