Ramazanda pulsuz işləyəcək marşrutlar - SİYAHI

Ramazanda pulsuz işləyəcək marşrutlar - SİYAHI
  05 Avqust 2013    Oxunub:1150
Bakıda ictimai nəqliyyat pulsuz işləyəcək
AzVision.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibəti ilə sosial aksiyaya start verib.

Ramazan bayramının ilk günü – avqustun 8-i saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat xidmətləri pulsuz olacaq.

Belə ki, müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.

NİİM-in bu təşəbbüsünü “Transqeyt” MMC və “Çinar Trans” MMC dəstəkləyərək aksiyaya qoşulublar.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar keçirilən və bir gün davam edəcək aksiya ilk dəfə olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilib.

Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir.

Beləliklə, sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər:
-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, 202

Mərkəzdən onu da bildiriblər ki, sərnişinlər yaranan hər hansı məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 saylı qaynar xəttinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin başlıca məqsədi paytaxtımızda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti