Bakıda kibercinayətkarlıqla bağlı tədbir

Bakıda kibercinayətkarlıqla bağlı tədbir
  06 Avqust 2013    Oxunub:1042
Avropaya İnteqrasiya Mərkəzi (AİM) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı Avrasiya Universitetində “Kibercinayətkarlığa qarşı mübarizənin hüquqi problemləri. Azərbaycan Respublikası Cinayət Məcəlləsində kibercinayətlərə görə məsuliyyət məsələləri” mövzusunda növbəti seminar keçirib.

Qurumun mətbuat xidmətindən AzVision.az-averilən məlumata görə, tədbirdə müasir dövrdə rəqəmsal texnologiyaların, kompyuter və İnternet şəbəkələrinin, bankomatların, ödəniş kartlarının və s. cinayətkar məqsədlərlə istifadəsi ilə əlaqədar cinayət xarakteri kəsb edən kibercinayətlərin mahiyyətindən danışılıb, bu hüquqazidd əməllərə qarşı beynəlxalq mübarizə məsələləri, o cümlədən ölkəmizin Avropa Şurasının 23 noyabr 2001-ci il tarixli Kibercinayətkarlıq haqqında Konvensiyasından irəli gələn öhdəlikləri müzakirə edilib.

Seminarda milli qanunvericilikdə kibercinayətlərə görə məsuliyyətin aktual problemləri, o cümlədən 29 iyun 2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunla Məcəllənin 30-cu fəslinə (“Kibercinayətlər”) edilmiş dəyişiklilər və əlavə olunan yeni müddəalar dinləyicilərin diqqətinə çatdırılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Layihə şərçivəsində “İnternet hüququ və etikası” kitabının hazırlanması və çap olunaraq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti