Obamanın qızı marixuana çəkdi – Kolumbiyada (FOTO)

Obamanın qızı marixuana çəkdi – Kolumbiyada (FOTO)
  11 Avqust 2016    Oxunub:29965
ABŞ prezidenti Barak Obamanın 18 yaşlı qızı Maliya Obama marixuana çəkərkən görüntülənib.

Bu barədə AzVision.az xarici KİV-lərə istinadən xəbər verir.

Maliya Obama Kolumbiyanın payxtaxtı Boqotada ötən həftə start götürən və 4 gün davam edən Lollapalooza musiqi festivalına qatılıb. O, burada həmyaşıdları ilə bərarbər rəqs edərək əylənib. Festival zamanı çəkilən bir videoda isə o, marixuana çəkərkən görüntülənib.



Əvvəlcə, onun siqaret çəkdiyi iddia olunsa da, hadisə şahidləri Maliyanın məhz marixuana çəkdiyini təsdiqləyiblər.

Qeyd edək ki, ABŞ-da marixuandan istifadə etmək qanunazidd addım hesab olunur.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti