BMW aşıb: 3 ölü, 1 yaralı

 BMW aşıb: 3 ölü, 1 yaralı
  05 Avqust 2013    Oxunub:983
Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib.
Baş Dövlət yol Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini Aslanov Rizvan Xaliq oğlu idarəetməni itirərək BMW markalı avtomaşını aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlər, 1991-ci il təvəllüdlü Quliyeva Ləman Nizami qızı, 1990-cu il təvəllüdlü Məmmədov Maarif Səfər oğlu və 2007-ci il təvəllüdlü Qurbanov Amin Ramin oğlu hadisə yerində ölüb.

Qəzanı törədən Aslanov Rizvan xəsarət alaraq Şəmkir MRX-na yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mirvari


Teqlər:





Xəbər lenti