6 istiqamətdə düşmən susdurulub

6 istiqamətdə düşmən susdurulub
  05 Avqust 2013    Oxunub:1397
Ermənilər atəşkəs rejimini növbəti dəfə pozub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti