Şəkidə şok olay: - Əmisini bıçaqladı, əmisinin arvadını yabaya keçirdi

Şəkidə şok olay: - Əmisini bıçaqladı, əmisinin arvadını yabaya keçirdi
  08 Avqust 2016    Oxunub:2831
Qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqladı, arvadına isə yabayla xəsarət yetirdi.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər. Orada onların Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisələri düşüb.

Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib. Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.

Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti