Olimpiadaçı atlet biləklərini kəsdi

Olimpiadaçı atlet biləklərini kəsdi
  08 Avqust 2016    Oxunub:24141
Olimpiadalara qatılan ilk paralimpik atlet olan və 2013-cü ildə sevgilisi Reeva Steenkampı öldürməkdə təqsirləndirilən Oskar Pistorius intihara cəhd edib.
AzVision.az Musavat.com-a istinadən xəbər verir ki, Cənubi afrikalı atletin biləklərini kəsdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilib. Gözətçiləri Pistoriusun otağında jiletler olduğunu söyləsə də, həbsxana rəsmisi Singabakho Nxumalo atletin yataqdan düşdüyü üçün biləyində kəsiklər yarandığını və bu səbəbdən xəstəxanaya yerləşdirildiyini deyib. Nxumalo intihar xəbərlərinin yalan olduğunu da qeyd edib.

Qeyd edək ki, Pistorius sevgilisini fevralın 14-ü 2013-cü ildə “Ehtiyatsızlık nəticəsində öldürmək” maddəsi ilə 5 illik həbsə məhkum edilmişdi. 28 yaşlı Pistorius məhkəmədəki ifadəsində evinə zorla girildiyini düşünərək hamamın qapısından atəş etdiyini və o sırada sevgilisini səhvən vurduğunu bildirmişdi.

Ötən ilin oktyabr ayında isə Pistoriusun qalan cəzasını ev dustağı olaraq çəkəcəyi və onun azadlığa buraxılması barədə xəbərlər yayılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti