Ticarət mərkəzində bomba həyəcanı

  04 Avqust 2013    Oxunub : 592
Ticarət mərkəzində bomba həyəcanı
Fövqəladə Hallar Nazirliyinə Bakının ticarət mərkəzlərinin birində bomba aşkarlanması barədə məlumat daxil olub.
AzVision.az FHN-in saytına istinadən verdiyi xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nizami rayonunda, 4 nömrəli Ticarət mərkəzinin binasında partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşya aşkarlanıb. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib. Onlar hadisə yerinə baxış keçirib və heç bir partlayıcı qurğu aşkar edilməyib.

AzVision.az

Teqlər: