İki maşın toqquşdu

İki maşın toqquşdu
  04 Avqust 2013    Oxunub:1120
Xəsarət alanlar var
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN )-nin rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda "VAZ 2101" və "KİA" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə nəticəsində "VAZ 2101" markalı avtomobilin sürücüsü və "KİA" markalı avtomobildə olan 1 nəfər sərnişin xəsarət alıb. Avtomobillərdə sıxılmış vəziyyətdə qalmış iki vətəndaş çıxarılaraq,aidiyyatı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti