Kürdəmirdə ailə qəzaya düşdü: 2 ölü, 3 yaralı (Video)

Kürdəmirdə ailə qəzaya düşdü: 2 ölü, 3 yaralı (Video)
  05 Avqust 2016    Oxunub:2975
Kürdəmirdə ağır yol qəzası baş verib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xırdapay kəndində “KİA” markalı minik avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb. “VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölənlər bir ailənin üzvüdür.



AzVision.az


Teqlər:  





Xəbər lenti