Qulluğa qəbul olunanlar and içdi

Qulluğa qəbul olunanlar and içdi
  03 Avqust 2013    Oxunub:1082
Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 31 gənc əməkdaşın andiçmə mərasimi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əməkdaşlardan 11-i Şəki penitensiar müəssisəsinə təyin olunub.

Gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun olaraq həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

Penitensiar Xidmətin rəhbərliyi qulluğa qəbul olunmaları ilə əlaqədar əməkdaşları təbrik edib və onlara xidmətlərində uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti