“Bizi qorxutmaq lazım deyil” – Atambayevdən Ərdoğana mesaj

“Bizi qorxutmaq lazım deyil” – Atambayevdən Ərdoğana mesaj
  01 Avqust 2016    Oxunub:15309
Qırğızıstan prezidenti Almazbek Atambayev rəsmi Ankaranın Fətullah Gülən tərəfdarları tərəfindən onun ölkəsində çevriliş ola biləcəyi barədə bəyanatı absurd adlandırıb.
Bu barədə AzVision.az “İnterfax”-a istinadən xəbər verir.

“Bu absurddur. Yaxşısı budur o, (red: Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu) öz ölkəsində baş verənləri anlasın. Çünki onlar ölkədə çevriliş cəhdindən xəbərsiz olublar”, - deyə Atambayev vurğulayıb.

Qırğızıstan prezidenti qeyd edib ki, Gülənlə bağlılığı iddia edilən liseylər “Respublika ərazisindədir və Təhsil Nazirliyinin təsdiqlədiyi plan əsasında fəaliyyət göstərirlər”.

Almazbek Atambayev əlavə edib ki, Qırğızıstan müstəqillik illərində göstərdiyi yardımlara görə Türkiyəyə minnətdardır: “Lakin bizə diktə etmək və şərtlər qoymaq lazım deyil. Bizi öyrətmək və qorxutmaq da lazım deyil”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti