Maşın su kanalına düşdü - Üç nəfər boğulub öldü

Maşın su kanalına düşdü - Üç nəfər boğulub öldü
  31 İyul 2016    Oxunub:1929
Bərdədə üç nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.

Hadisə yerində olan şahidlərin verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.

***

Bərdədə yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfər və xəsarət alan 1 nəfərin kimliyi məlum olub.

Bərdə rayon Hızırıı kənd sakini 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.

Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.

Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti