Gəncəlilərin qaz problemi olmayacaq

Gəncəlilərin qaz problemi olmayacaq
  02 Avqust 2013    Oxunub:915
Gəncə şəhərinin qaz təchizatı yaxşılaşdırılır.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən dövrdə Gəncənin H.Əliyev, Atatürk, Nizami, Nərimanov prospektləri, İ.Qayıbov, Cavadxan, Qaçaq Nəbi, M.Qaşqay, Şəddadilər, Əziz Əliyev, A.İsgəndərov, Ozan, Bağbanlar və digər küçələrində, "AKTA-6" və "Mahrasa bağları" adlanan ərazilərdə ümumi uzunluğu 114 509,1 metr olan müxtəlif diametrli orta təzyiqli, 68 847,45 metr isə aşağı təzyiqli polietilen qaz xətləri çəkilib.

Təkcə bu ilin birinci yarısında 29 504,8 metr uzunluğunda orta təzyiqli, 5 342,65 metr uzunluğunda isə aşağı təzyiqli polietilen qaz xətləri quraşdırılıb.

Qeyri-yaşayış sahələrinin qazlaşdırılması məqsədi ilə 16 997,9 metr uzunluğunda əlavə qaz xətti çəkilib.

Şəhərin Avtozavod və Sevinc qəsəbələrində polad borularla ümumilikdə 40 994,5 metr uzunluğunda kücə qaz xətti çəkilib ki, bu işlərin də 21 937,1 metri 2013-cü ilin ilk yarısında görülüb.

Hazırda Avtozavod qəsəbəsi ərazisində 325 mm-lik daşıyıcı qaz kəməri polietilen borularla əvəz olunur.
Hacıkənd qəsəbəsində əhalinin təbii qazla təmin olunması üçün 6 300 metr uzunluğunda yeni qaz xətti çəkilib, 142 ev təbii qazla təmin edilib. Bu ərazidə yeni inşa olunmuş evlərin qazlaşdırılması davam etdirilir.

2013-cü ilin ilk 6 ayı ərzində 378 qaztənzimləyici və 280 siyirtmə təftiş edilərək təmir olunub. Hazırda 8 ədəd 250-300 mm-lik siyirtmənin quraşdırılması üçün hazırlıq işləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti