Ermənilər vətəndaşımızı yaralayıb

Ermənilər vətəndaşımızı yaralayıb
  02 Avqust 2013    Oxunub:929
Ermənilər mülki azərbaycanlını yaralayıblar.
AzVision.az xəbər verir ki, hadisə ötən gün saat 16:00 radələrində baş verib.

“Qazel” markalı avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində ermənilər tərəfindən atəşə tutulub. Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini, Ağköynək kənd sakini, 27 yaşlı Hüseynov İqbal İlqar oğlu belindən güllə yarası alıb. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən gəncin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.




Teqlər:  





Xəbər lenti