Məhhəmməd Əlinin oğlu ailəsini pula `satdı`

Məhhəmməd Əlinin oğlu ailəsini pula `satdı`
  27 İyul 2016    Oxunub:4697
Əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişəndən sonra onun 80 milyon dollarlıq mirası 9 uşağı arasında bölünüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, medianın diqqətini boksçunun ikinci evlliyindən olan oğlu 44 yaşlı kiçik Məhəmməd Əli çəkib.

Məlumata görə, o, atasından qalan böyük mirası ələ keçirən kimi iki uşağını və arvadını atıb. Bundan sonra Çikaqonun lüks səmtində özünə yeni ev alıb. Kiçik Məhəmmədin ailəsini ataraq lüks həyat yaşaması insanların qınağına tuş gəlib. Onun varlandıqdan sonra ailəsini atması utancverici olay kimi qiymətləndirilir.

Mirasdan öncə boksçunun oğlu səfil həyatı sürürdü. O, 2004-cü ildən atasından yardım almırdı və Çikaqoda maddi sıxıntılar içindəkasıblar üçün çadırlarda yaşayırdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti