Dəhşətli partlayış: 61 ölü, 207 yaralı (Yenilənib)

Dəhşətli partlayış: 61 ölü, 207 yaralı (Yenilənib)
  23 İyul 2016    Oxunub:82401
Əfqanıstanın paytaxtı Kabil şəhərində etiraz aksiyası zamanı partlayış olub.
AzVision.az xarivi KİV-ə istinadən xəbər verir ki, partlayış Dehmazanq rayonunda əhalinin elektrik ötürücüləri tikintisinin layihələrindən birinə etiraz etmək üçün küçələrə çıxdığı zaman baş verib.

Hadisə zamanı onlarla insan xəsarət alıb.

***

Əfqanıstanda elektrik müəssisəsinin tikintisinə etiraz zamanı baş verən 3 ardıcıl partlayışda ölənlərin sayı 61-ə çatıb.

Hadisə zamanı 207 nəfərin xəsarət aldığı bildirilir. Ölü sayının artacağı istisna edilmir.

Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti