`Bank sektorunda ciddi problem yoxdur` - Rüfət Aslanlı

`Bank sektorunda ciddi problem yoxdur` -  Rüfət Aslanlı
  22 İyul 2016    Oxunub:3591
“Bağlanan 4 bank üzrə əmanətçilərə kompensasiyaların ödənilməsinə banka inzibatçı təyin edildikdən 7 gündən sonra başlanılacaq”.
AzVision.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Palata sədri qeyd edib ki, hazırda bank sektorunda ciddi problem mövcud deyil, banklar normal fəaliyyətlərini davam etdirirlər.

“Banklarda son günlər maliyyə çətinliyi hiss olunmur. Bu qərarın vaxtında verilməsi ona xidmət edir ki, ayrı-ayrı banklarda olan xırda problem böyüməsin və sistemin çökməsinə səbəb olmasın. Banklarla bağlı narahat olacaq hər hansı gözlənti və risk mövcud deyil”.

R.Aslanlı bildirib ki, lisenziyası ləğv edilən 4 bankda 140 milyon 300 min əmanət var. Bu əmanətlər 40700 hesabdadır.

R.Aslanlı vurğulayıb ki, səhmdarları “Parabank”ın bank olmayan kredit təşkilatına çevrilməsi lə bağlı onlara müraciət edib: “Qanunvericilik buna yol verir. Biz də buna etiraz etmirik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti