Bir gündə 7 nəfər dənizdə batıb

Bir gündə 7 nəfər dənizdə batıb
  21 İyul 2016    Oxunub:1786
Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Meyitlər sudan çıxarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti