Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  01 Avqust 2013    Oxunub:955
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq izləyiblər.

AzVision.az



Teqlər:





Xəbər lenti