2 general toyda girov götürülüb - Türkiyədə şok olay

2 general toyda girov götürülüb - Türkiyədə şok olay
  16 İyul 2016    Oxunub:10069
Türkiyədə hərbi çevrilişə cəhd zamanı Hava Qüvvələri Komandanı, general Abidin Ünal qiyamçı əsgərlər tərəfindən girov götürülüb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə general Mehmet Şanverin qızının Əskişəhərdə toy mərasimini keçirilib.

Mərasimdə Abidin Ünal da iştirak edib. Toy davam edən vaxt qəfildən hərbi helikpoter havadan atəş açmağa başlayıb.

Həmin vaxt əsgərlər helikopterdən düşərək A. Ünal və M. Şanver başda olmaqla bütün komandirləri girov götürüblər.

Hazırda komandirlərin axtarışı davam edir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti