İş adamı oğlunun ad günündə öldürüldü

İş adamı oğlunun ad günündə öldürüldü
  16 İyul 2016    Oxunub:2106
Hindistanda “Qızıl adam” kimi məşhurlaşan iş adamı Datta Fuqe öldürülüb.
Milyonçu 22 yaşındakı oğlunun ad günündə qətlə yetirilib. Bu barədə `The Indian Express` məlumat yayıb.

Bildirilib ki, D.Phugeni oğlunun gözü qarşısında 12 nəfər tərəfindən daşlanıb, daha sonra bıçaqlanıb. Cinayətlə bağlı 4 nəfər saxlanılıb. İddia olunub ki, hadisə biznesmenin işçiləri arasında pul anlaşılmasızlığına görə olub.

Datta Fuqe 2013-cü ildə 250 min dollar 3.5 kiloqram çəkidə qızıl köynək alıb. Onun bu hərəkəti internetdə sürətlə yayılaraq məşhurlaşmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti