Corc Buş polislərin anım mərasimində rəqs etdi - VİDEO

Corc Buş polislərin anım mərasimində rəqs etdi - VİDEO
  13 İyul 2016    Oxunub:7529
ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş Dallasda (Texas ştatı) öldürülən polislərin anım mərasimində rəqs edib.
AzVision.az `The Telegraph`-a istinadən xəbər verir ki, hadisə ölkənin hərbi himni səsləndirilən zaman baş verib.

Buş rəqs edərkən öz həyat yoldaşı Lora və ABŞ-ın birinci xanımı Mişel Obamanın əlindən tutub.

Məlumatda qeyd olunur ki, Mişel Obama Buşun bu hərəkətindən narahat olub.

Eks-prezidentin polislərin anım mərasimində rəqs etməsi sosial şəbəkələrdə rezonans doğurub.



Qeyd edək ki, iyulun 8-də ABŞ-da təhlükəsizlik qüvvələri tərəfindən iki qara dərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı 11 polis əməkdaşı güllələnib. Onlardan 5-i ölüb, 7-si yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti