Sarı qarpız təhlükəlidirmi? - Açıqlama

Sarı qarpız təhlükəlidirmi? - Açıqlama
  11 İyul 2016    Oxunub:3186
“Azərbaycanda yetişdirilən və bazarda satılan sarı qarpız genetik motifikasiya olunmuş meyvə deyil”.
Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. O qeyd edub ki, sarı qarpız genetik modifikasiya olunmuş meyvə deyil, seleksiyaçı alimlərin məqsədli şəkildə yetişdirdiyi məhsuldur.

“Çin və Tayvandan alınmış ilkin materiallar əsasında rusiyalı alim Astarxanda elmi-tədqiqat Tərəvçilik İnstitunda seleksiya işini aparıb və sarı qarpız alıb. Bu, seleksiya nəticəsində məqsədli şəkildə yetişdirilən məhsuldur. Buna GMO demək olmaz. Sarı qarpız normaldır. Qarpızları təhlil edib, labarotitra müayinəsindən sonra müəyyən etmək olar ki, insan həyatı üçün təhlükəlidir, yoxsa yox. Amma fikrimcə, sarı qarpızlar insan həyatı üçün təhlükəsizdir”.

Qeyd edək ki, sarı qarpız yabani qarpızla adi qırmızı qarpızın hibritləşməsindən əmələ gəlib. Yayda İspaniyada yumru fiormada , payız aylarında Tayvanda oval şəkildə yetişdirilir. Qırmızı qarpızdan fərqli olaraq az şirin dadlı olur. Qarpız növü Cənub Şərqi Asiyada olduqca populyardır, çünki burada sarı rəngin insanlara var-dövlət, pul gətirdiyinə dair inanclar mövcuddur. İnsanlar sarı qarpızı dadca manqo, limona, boranıya bənzədir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti