İrandan tiryək gətirən şəxs yaxalanıb

İrandan tiryək gətirən şəxs yaxalanıb
  31 İyul 2013    Oxunub:1052
İrandan Azərbaycana gələn şəxsin üzərində narkotik vasitə aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Taleh Məmmədovun üzərində şəxsi yoxlama zamanı ondan 3 ədəd bağlamada ümumi xalis çəkisi 219,24 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti