`Mənə təzyiq göstərirlər ki, istefa verim` - Xanım prezident

`Mənə təzyiq göstərirlər ki, istefa verim` - Xanım prezident
  09 İyul 2016    Oxunub:2218
“Təslim olmayacağam, mənim şərəf və ləyaqətim var”.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Dilma Rusef San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşdə deyib.

Senat tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan Russef istefa verməyəcəyini bəyan edib: “Məndən xahiş etdilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən gedim. Amma mən bunu heç vaxt etməyəcəyəm. Çünki mənə 54 milyon insan səs verib”.

Qeyd edək ki, bir müddət öncə impiçmentə göndərilən Braziliya prezidenti Dilma Russefin səlahiyyətlərini vitse-prezident Mişel Temer yerinə yetirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti