`Rusiya Avropa üçün təhdiddir` - Obama

`Rusiya Avropa üçün təhdiddir` - Obama
  08 İyul 2016    Oxunub:1897
ABŞ prezidenti Barak Obama bəyan edib ki, NATO siyasi iradəni mobilləşdirməli və İŞİD, Rusiya və Britaniyanın Avropa İttifaqından çıxması kimi çağırışlara qarşı konkret tədbirlər qəbul etməlidir.
AzVision.az xəbər verir ki, bu barədə Obama “Financial Times” qəzetində dərc olunan məqaləsində yazıb.

“İŞİD tərəfindən törədilən terror aktları NATO ölkələrində, Orlandodan Parisə, Brüsseldən İstanbula qədər günahsız insanların həyatının ölümü ilə nəticələndi. Afrikadan Suriya və Əfqanıstana qədər olan konfliktlər nəticəsində Avropaya miqrantlar axışır. Rusiyanın Ukraynaya qarşı aqressiyası bizim Avropa kimi vahidliyimizə, azad və dincliyimizə təhdiddir. Böyük Britaniyada Avropa İttifaqının tərkibindən çıxmaq barədə referendum nəticələri Avropa inteqrasiyasının gələcəyi haqqında vacib məsələləri gündəmə gətirir”, - deyə Obama qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti