İlham Əliyevin qatıldığı sammit işə başladı - VİDEO

İlham Əliyevin qatıldığı sammit işə başladı - VİDEO
  08 İyul 2016    Oxunub:8605
Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, öncə Polşa prezidenti Andjey Duda çıxış edib. O, NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.

O, qeyd edib ki, alyansın əsas funksiyası sülhün müdafiə olunmasıdır: “Krımın işğalı, Donbas, Suriyada baş verən müharibə, kütləvi miqrasiyanın beynəlxalq nizama ciddi təsir edib. Bu bizim qarşımızda böyük öhdəliklər qoyur. Əlimizdən gələni etməliyik ki, insanların sülh içində, qorxusuz yaşamasına töhfə verək. NATO Varşava sammitində birlik, həmrəylik, ən əsası isə qətiyyət nümayiş etdirməlidir. Ənənəvi və ya hibrid təhlükələrə qarşı birgə mübarizə aparmalıyıq”.

Polşa prezidenti qeyd edib ki, Varşava sammit alyansa üzv olmağa can atan ölkələrlə əməkdaşlıq üçün də əla imkandır.

NATO-nun Baş katibi Yens Stoltenberq çıxışında həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub:

“NATO-nun Varşava sammiti Alyansın tarixində həlledici anda, hər tərəfdən müxtəlif problemlərlə qarşı-qarşıya qaldığımız anda keçirilir. Ötən müddət ərzində bu problemlərlə mübarizə aparmaq üçün NATO gücü üç dəfə artıb. Biz kibertəhlükəsizlik, hibrid təhdidlər, ballistik raketlərə qarşı mübarizəni davam etdirəcəyik. Biz həm də üzvlərimizi dəstəkləməyə davam edəcəyik. Eyni zamanda radikalizmlə mübarizədə Əfqanıstan, İraq və digər ölkələrdə dəstək göstərməkdə davam edəcəyik”.

Onun sözlərinə görə, NATO-nun tədbirləri heç bir ölkəyə, xüsusilə də Rusiyaya qarşı yönəlməyib. : “ Biz yeni “soyuq müharibə” istəmirik. Bu, artıq tarixdir. Rusiya bizim böyük qonşumuzdur, buna görə də onlarla dialoqun aparılması vacibdir”.




Qeyd edək ki, sammitdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o yazıb.

Artıq Ermənistan prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Varşavaya işgüzar səfərə gəlib.

***

(10:08)

Bu gün NATO-ya üzv ölkələrin liderlərinin iştirakı ilə Polşanın paytaxtı Varşavada iki günlük sammit öz işinə başlayır.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sammit zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, Rusiya ilə münasibətlər, terrorizmə qarşı mübarizə, Gürcüstan və Moldovanın müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsi müzakirə ediləcək.

Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirak edəcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Polşaya işgüzar səfərə gedib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti