Prokurorluq əməkdaşları Beynəlxalq Forumda

Prokurorluq əməkdaşları Beynəlxalq Forumda
  05 İyul 2016    Oxunub:4168
Xorvatiyanın paytaxtı Zaqrebdə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 18-ci Beynəlxalq Forum keçirilib.
Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, tədbir iyunun 28-29-da Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Xorvatiya Baş Prokurorluğu və Almaniya Federativ Respublikası (AFR) Saksoniya torpağının Baş Prokurorluğunun təşkilatçılığı ilə baş tutub.

Foruma 28 ölkədən yüksək səviyyəli nümayəndə heyəti qatılıb. Azərbaycanı isə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov, Beynəlxalq əlaqələr idarəsinin xidmət rəhbəri İsmayıl Qayıbov və Quba rayon prokuroru Valeh Səmədovdan ibarət nümayəndə heyəti təmsil edib.

Tədbirdə AFR-ın federal baş prokuroru Peter Frank, həmin ölkənin Vürtemberq torpağının baş prokuroru Açim Braunayzen, Belçika Krallığının federal prokuroru Frederik Van Leeuv, Türkiyə Ali Məhkəməsinin prokuroru İlknur Altuntaş və digər ekspertlər beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, insan alveri, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, odlu silahın qanunsuz alveri, Avropanın şərq və qərb marşrutları üzrə mütəşəkkil miqrant alveri, insan qaçaqmalçılığı, internet şəbəkəsinin radikallaşdırılması və terrorçuluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzularında çıxışlar dinlənilib, iştirakçılar tərəfindən təcrübə mübadiləsi və müzakirələr aparılıb.

Forum çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarca, Xorvatiyanın baş prokuroru Dinko Svetan, Belarusun baş prokuroru Aleksandr Konyuk, Gürcüstanın baş prokuroru İrakli Şotadze, Moldovanın baş prokuroru vəzifəsini icra edən Eduard Xarunjen və onların başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə tərəflər arasında əməkdaşlığın perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti