6 ayda 74 jurnalist öldürülüb

6 ayda 74 jurnalist öldürülüb
  04 İyul 2016    Oxunub:1681
Cari ilin əvvəlindən indiyədək 22 ölkədə 74 jurnalist öldürülüb.
AzVision.az xəbər verir ki, bu məlumatı "Press Emblem Campaign" qeyri-hökumət təşkilatı yayıb.

Təşkilat jurnalistin fəaliyyəti üçün ən təhlükəli ölkələrin adını açıqlayıb.

Əfqanıstan(10), Suriya (9), Meksika (8), İraq və Yəmən (Hər birində )7, Qvatemala (5), Hindistan (4), Pakistan və Türkiyədə (hər birində 4) jurnalist öldürülüb.

Bundan başqa Rusiya, Filippin və Salvadorda 6 jurnalist qətlə yetirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti