Bu gün qazın verilməsində fasilələr olacaq

  30 İyul 2013    Oxunub : 511
 Bu gün qazın verilməsində fasilələr olacaq
ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, bu gün Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Ucar, Quba, Şəki, Qazax, Yevlax, İsmayıllı rayonlarının bir hissəsinə, Qusar şəhərinə, Xətai rayonuna, Sabunçu rayonunun Bakıxanov və Ramanı qəsəbələrinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilməsində fasilələr yaranacaq.

“Cəfərabad” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Bərdə”, “Kətəlparaq”, “Kövər”, “Ağcabədi”, “Beyləqan”, “Allahyarlı”, “Yevlax-1”, “Aran” Qazpaylayıcı stansiyalarında, “Bərdə”, “Horadiz”, “Əhmədbəyli”, “Quzanlı”, “Kövər” Qaztənzimləyici məntəqələrində, “Tərtər” Qazpaylayıcı Stansiyasından qidalanan “Tərtər” ölçü qovşağında, “Cəyirli”, “Cırdaxan” ölçü qovşaqlarında, “Azadqaraqoyunlu” Qazpaylayıcı Stansiyasından qidalanan “Tərtər-2” və “Ağdam 4 yol” ölçü qovşaqlarında, saat18:00-dək “Quba”, “İsmayıllı”, “Talıstan” Qazpaylayıcı stansiyalarında, saat 18:00-dək “Ucar” və “Qazax” Qazpaylayıcı stansiyalarında, “Ağköynək”, Avtomatik Qazpaylayıcı stansiyasında, “Əskipara” Avtomatik Qazpaylayıcı stansiyasından qidalanan “Əskipara-2” qaz kəmərində, “Bakıxanov” orta təzyiqli qaz kəmərində, “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində, saat 19:00-dək “Ramanı” ölçü qovşağından qidalanan əhali kollektorunda, saat 14:00-dan 17:00-dək “Alko Ltd.” ölçü qovşağında, saat 14:00-dan 18:00-dək isə “Qusar” Qazpaylayıcı Stansiyasından Qusar şəhərinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

AzVision.az

Teqlər: