Britaniyanın Aİ-dən çıxması Azərbaycana necə təsir edəcək?

  24 İyun 2016    Oxunub : 7108
Britaniyanın Aİ-dən çıxması Azərbaycana necə təsir edəcək?
Xəbər verdiyimiz kimi, ötən gün Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə əsasən “Brexit”in lehinə 51,9 faiz səs verilib. Bununla da Böyük Britaniyanın Aİ-dən çıxması öz təsdiqini tapıb. Referendumun nəticələri məlum olandan sonra xalq qarşısında çıxış edən baş nazir Devid Kemeron vəzifəsindən istefa verdiyini bəyan edib.

Böyük Britaniynın Aİ-dən çıxması Neftin qiymətində hansısa dəyişikliklər gözlənilirmi?

İqtisadçı Samir Əliyev bildirib ki, bu nəticə əvvəlcədən gözləmədiyinə görə bazarda təşviş yaşanır: “Bu qəraradan sonra funt 8 faizə qədər, avro isə bu müdətdə dollara nisbədə 2,4 faziə qədər ucuzlaşıb. Əslində belə bir addımın nəticələri əvvəlcədən gözlənilirdi. Bilinirdi ki, bu, avronu, xüsusən də Böyük Britaniya funtunu vuracaq. Neftin qiyməti də ucuzlaşma tendensiyasını göstərir. Yəni, 6 faizdən çox bazara təsir göstərilir. Fond birjasında, qiymətli kağızlar bazarında qiymətlərin ucuzlaşması baş verib. Bu, bazarın ilkin reaksiyasıdır. Bir müdətdən sonra bunlar hamısı öz yerini alacaq. Ucuzlaşma hələki uzun müddətli olacaq. Bu qərar ən böyük zərbəni funta və avroya vurdu. Müvafiq olaraq daha çox Yapon valyutasının və dolların bahalaşması gözlənilir”.



İqtisadçının fikrincə, bu qəraradan sonra FED bir çox tələbərini qaldırmaq niyyətindən vaz keçəcək. S.Əliyev Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının Azərbayacana necə təsir edəcəyi haqda da bildirib: “İndiki dövrdə onsuz da dollar bahalaşır, neft ucuzlaşır. Qızıl isə əksinə 5 faziə qədər qalxır. Bunun Azərbayacana təsiri belədir ki, manata təzyiq aratacaq. Bu qəraradan sonra manat düşməli idi. Bizdə manatı Mərkəzi Bank birbaşa olmasa da, dolayısı yolla tənzimləyir. Ona görə də manatda cuzi ucuzlaşma olacaq, ancaq ciddi ucuzlaşma hələ gözlənilmir".

Siyasi ekspert Arzu Nağıyev isə bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə referendumun nəticələri avroskeptiklərin, millətçilərin Avropada getdikcə artmasının və apardıqları siyasətin bariz nümunəsidir.

O, qeyd edib ki, son vaxtlar Böyük BritaniyaAvropa ölkələrində istər miqrantlara, istərsə də digər milli azlıqlara qarşı aparılan daxili və xarici siyasət belə bir qərarla nəticələnməli idi: “Bu gün Böyük Britaniyaya daxil olan bir sıra ölkələr, o cümlədən şotlandlar və irlandlar Avropa Birliyinə “hə” desələr də, İngiltərə buna “yox” deyir. Təbii ki, burada siyasi məsələlərdən başqa iqtisadi problemlər də mövcuddur. Skeptiklər əsasən buna hesablanan siyasət aparırlar”.



A.Nağıyev vurğulayıb ki, belə qəraralar dünya bazarına, iqtisadi, siyasi, hətta hərbi münasibətlərə də təsir göstərəcək: “Bu hələ son qərar deyil. Avropa İttifaqından çıxmaq Lissabon razılığı ilə həyata keçirilir. Baxmayaraq ki, bu hələ başlanğıcdır və İttifaqa daxil olan hər bir dövlətlə ikitərəfli danışıqlar aparılmalıdır və son qərar verilməlidir. Fikrimcə, Avropa İttifaqı çalışacaq ki, bu proses olduqca uzansın”.

Baş verənlərin Azərbaycan necə təsir edəcəyinə gəlincə, A.Nağıyev bildirib ki, bu barədə danışmaq hələ tezdir: “Bu qərarın Azərbaycana hansı formada təsir edəcəyini bu gün dəqiq proqnozlaşdırmaq çətindir. Məlumdur ki, bizim BP ilə çox mühüm əlaqələrimiz var. Məhz buna görə də referendumun yekunları rəsmi açıqlandıqdan sonra yəqin ki, Böyük Britaniya öz xarici və daxili siyasətində müəyyən korrektələr edəcək. O zaman bu məsələlər də nəzərə alınacaq”.

Elvin Abdulqədirov
Şahanə Rəhimli

AzVision.az

Teqlər: