Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı
  16 İyun 2016    Oxunub:7984
Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi məcburən paytaxta geri qayıdıb.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AzVision.az-a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, təyyarənin geri qayıtmasına səbəb hava şəraitinin pis olmasıdır.

“Təyyarənin yenidən Bakıda eniş etməsinə səbəb Naxçıvandakı kəskin hava şəraitidir. Naxçıvan Muxtar Respublikasında hazırda güclü ildırım çaxır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti