Kürdə batan şəxs tapıldı

  28 İyul 2013    Oxunub : 601
 Kürdə batan şəxs tapıldı
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 25-də Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralıda) batmış 1991-ci il təvəllüdlü Salmanov İlkin Ələsgər oğlunun axtarışları başa çatıb.

İ.Salmanovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: