ABŞ Somalidəki terror hücumunu pisləyib

ABŞ Somalidəki  terror hücumunu pisləyib
  28 İyul 2013    Oxunub:954
Birləşmiş Ştatlar Türkiyənin Somalidəki diplomatik nümayəndəliyinin binasına terror hücumunu kəskin şəkildə pisləyir. Bunu departamentin nümayəndəsi Cen Psaki bəyan edib.
ABŞ ölənlərin ailələrinə başsağlığı verib, terror aktı zamanı xəsarət alanların isə tezliklə sağalmasını diləyib.

Psaki bildirib: "Türkiyə Somaliyə yardım göstərilməsində vacib rol oynayır".

Qeyd edək ki, şənbə günü Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşlarının yaşadığı binanın darvazası qarşısında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb, ölən və xəsarət alanlar var.(trend)


Teqlər:





Xəbər lenti