Rəsul Quliyev müxalifətçilərə `tərbiyəsiz` dedi

Rəsul Quliyev müxalifətçilərə `tərbiyəsiz` dedi
  28 İyul 2013    Oxunub:1190
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Facebook profilində son zamanlar Müsavat partiaysı və onun üzvüləri ilə olan soyuq müharibəsi haqqında başqan müavini Gülağa Aslanlıya müraciət edib.
"Hörmətli Gülağa müəllim, sizin kimi məndə nə üçün Musavat partiyasını hədəfə aldığımı bilmirəm. Çünki belə bir hədəf mövcud deyildir. Sadəcə olaraq sizin liderin namizədliyini geri götürməməsinin düzgün olmadığını və hansı səbəbdən düzgün olmadığını , hansı nəticələrə gətirib çıxardacağınl nəzərinizə çatdırmaq istəmirəm. Mənim belə bir hədəfim olsa idi daha çox şeylər yaza bilərdim. Gülağa müəllim Əli Kərimli, Lalə Şövkət Hacıyeva və başqaları öz namizədliklərini irəli sürməyiblər, mən necə onların əleyhinə yaza bilərəm. Hədəfə Musavat partiyası yox, namizədliyin irəli sürülməsi və geri götrülməməsi götürülüb,bunlar tamamilə başqa şeylərdir. Sizə səmimi şəkildə deyirəm. Mənim üçün ACP, ALDP, AXCP, KXCP , MUSAVAT və adlarını çəkmədiyim daha 10-larla partiyaların üzvüləri eyni dərəcədə əziz və hörmət olunanlardır. Niyə sizlərə cavab verirəm. İndiyə qədər həmişə tərbiyəsiz adamlara cavab vermişəm. Sizinlə əlaqədar verilən cavab daha çox dostluq mesajına yaxın idi".

AzVision.az


Teqlər:  





Xəbər lenti