`Əli Kərimlini ictimai qınağa məruz qoyacağıq` - Razi Nurullayev

`Əli Kərimlini ictimai qınağa məruz qoyacağıq` - Razi Nurullayev
  13 İyun 2016    Oxunub:5069
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Əli Kərimlinin xarici ölkələrdə “siyasi sığınacaq” statusu almaq istəyənlərə saxta partiya arayışını satmasına dair qalmaqala münasibət bildirib.
R.Nurullayev AzVision.az-a açıqlamasında bildirib ki, Əli Kərimlinin müavini olduğu dövrlərdə də “siyasi sığınacaq” məsələsi gündəmdə olub.

AXCP sədri qeyd edib ki, bu barədə konkret faktlarla rastlaşmayıb: “Müavin olduğum dövrlərdə bu və ya digər şəxslər bardə Brüssel Miqrasiya İdarəsindən məktublar gəlirdi. Məktublarda onların Azərbaycanda təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı məlumatlar istənilirdi. Həmin insanlarla bağlı araşdırma aparan zaman çoxlarının siyasi təzyiqlərə məruz qalmadığının şahidi olurdum və bununla bağlı partiya qarşısında məsələlər qaldırırdım. Çünki, həmin şəxslər siyasi vəziyyətdən istifadə edərək ölkədən çıxmaq üçün belə yollara gedirdilər”.

R.Nurullayev fikrinə əlavə edib: “Əli Kərimlinin mühacir biznesi ilə bağlı ortada olan faktlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olaraq məni çox narahat edir. Mən də eyni adlı partiyanın sədriyəm. İstəmirəm ki, rəhbərlik etdiyim partiyanın adına xələl gəlsin. Ona görə də bununla bağlı konkret faktlar olacaqsa, bunu ictimailəşdirəcəyik və Əli Kərimlini ictimai qınağa məruz qoyacağıq”, - deyə R.Nurullayev vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti