Prezident həmkarına məktub göndərdi

Prezident həmkarına məktub göndərdi
  11 İyun 2016    Oxunub:1836
Azərbaycan prezidenti İlham Əliyev filippinli həmkarı III Beniqno Akinoya təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab prezident, Filippin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti