Türkiyəyə müalicəyə gedənlərin arasında üçüncüyük

Türkiyəyə müalicəyə gedənlərin arasında üçüncüyük
  26 İyul 2013    Oxunub:994
Türkiyədə müalicə olunmaq üçün daha çox Almaniya, Rusiya və Azərbaycandan gəlirlər.
AzVision.az xəbər verir ki, bu barədə türk mətbuatına məlumat dərc olunub. Məlumata görə, Türkiyədə mücalicə üçün gələn xəstələr arasında Azərbaycan üçüncü yerdə dayanır. Birinci yerdə Almaniya, daha sonra isə Rusiya gəlir.

Eyni zamanda məlumatda bildirilir ki, Türkiyədə səhiyyə turizmi sahəsində son 4 ildə 3 dəfə artım yaşanıb və bu turizm sahəsində dünyada ilk 10 ölkə arasında daxil ola bilir. Türkiyəyə 2008-ci ildə 74 min əcnəbi xəstə gəlirdisə, bu rəqəm 2012-ci ildə 250 min olub. Əcnəbilər daha çox göz xəstəlikləri, saç əkimi, plastik əməliyyatlar, ortopediya, bel-boyun yırtığı, ginekoloji və uroloji əməliyyatlar, qulaq-burun-boğaz kimi sahələrdə müalicə olmaq üçün Türkiyəyə gəlirlər.

Ümumilikdə, 107 ölkədən Türkiyədə müalicə almaq üçün gələn ölkələrin siyahısında Almaniya, Rusiya, Azərbaycan, Hollaniyda, İraq və Fransa kimi ölkələr var. Bundan başqa, Ukrayna, Belçika, Qazaxıstan, Ruminiya, Liviya, Gürcüstan və İngiltərədən çoxlu sayda xəstələr gəlib.

Sevinc


Teqlər:





Xəbər lenti