3 uşaq atasını ildırım vurdu - Telefonla danışanda

3 uşaq atasını ildırım vurdu - Telefonla danışanda
  05 İyun 2016    Oxunub:2503
Cəlilabadda bədbəxt hadisə baş verib.
Rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Ədalət oğlu Əhmədov ötən gün axşam saatlarında əkin sahəsində mobil telefonla danışarkən onu ildırım vurub.

Hadisə yerindəcə dünyasını dəyişmiş mərhum bu gün dəfn olunub.

Z.Əhmədov 3 uşaq atası olub. Faktla bağlı araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti