Ötən gün nə ilə yadda qaldı? - Mühüm xəbərlər

Ötən gün nə ilə yadda qaldı? - Mühüm xəbərlər
  02 İyun 2016    Oxunub:2410
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Gülnarənin əri 3 milyon verib, azadlığa çıxdı

Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

***

Məmmədyarov Brüsseldə həmsədrlərlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-də Brüsselə işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib.

***

Məmmədyarov-Nalbandyan görüşü niyə ləğv olundu? - XİN-dən açıqlama

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) iyun ayına nəzərdə tutulan Məmmədyarov-Nalbandyan görüşünün ləğv olunması ilə bağlı xəbərə aydınlıq gətirib.

***

`Enerjidən şantaj üçün istifadə edilməməlidir` - İlham Əliyev

“Əldə edilmiş uğurlar gərgin iş, beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub”. Bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

***

Nazirlikdən cəsədi parçalanan körpə ilə bağlı Açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyiti tapılıb.

***

`Ermənistan Azərbaycan torpaqlarını işğal edib` - Konqresmen

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş konqresmen Stiv Kohen Azərbaycanın milli bayramı- Respublika günü münasibəti ilə bəyanatla çıxış edib.

***

`Aprel hadisələri zamanı Sarkisyan Moskvaya yalvarıb` - Novruz Məmmədov

“Serj Sarkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir ”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.



`İstənilən şəraitdən üzü ağ çıxırıq` - İlham Əliyev (VİDEO)

“Azərbaycan nümunəsi hesab edirəm ki, bir çox ölkələr üçün də maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər. Yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər və ən əsası ondan ibarətdir ki, gələcəyə də bizim çox dəqiq və aydın baxışlarımız var”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

***

Türkiyənin yeni baş naziri qəzəbləndi: `Bu, axmaqlıdır...`

Türkiyənin baş naziri Binali Yıldırım Almaniyada gündəmə gətirilən qondarma “erməni soyqırımı” qanun layihəsindən danışıb.

***

`Neftin kəskin ucuzlaşmasına baxmayaraq…` - Prezident

Azərbaycan Prezidenti İlham Əliyevin XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

***

`Azərbaycan həlledici rol oynamaqda davam edir` - Obama

Azərbaycan dünya enerji resurslarının tədarüklərində həlledici rol oynamaqda davam edir. Bu barədə ABŞ Prezidenti Barak Obamanın 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.



Hər il 3.1 milyon uşaq aclıqdan ölür – Dəhşətli FOTOLAR

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

***

`Azərbaycan bizim üçün əhəmiyyətlidir`- Kemeron

Azərbaycan və Böyük Britaniya möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam etdirəcəklər. Bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.

***

Qarabağda qısamüddətli müharibə olacaq - Erməni ekspert

Bu ilin yay aylarında Ermənistan və Azərbaycan təmas xəttində yenidən gərginlik yaranacaq.

***

`Prezidentlərin görüşəcəyinə ümid edirik` - Uorlik

ATƏT-in Minsk qrupu ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü iyunda baş tutacaq.

***

`Status-kvo qəbul edilməzdir` – Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində NATO-nun Baş Katibi Cens Stoltenberq ilə görüşüb.

***

`Mənə pul təklif etdilər, dedilər ki...` - Gülnarın atası

Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb. Bu barədə “st-petersburg.1nnc.net” yazıb.

***

Azərbaycanlı idmançılara Zika xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunun yayılması ilə əlaqədar bu il Rio-de-Janeyrada keçiriləcək Yay Olimpiya Oyunlarının təxirə salınması və ya yerinin dəyişdirilməsinə ehtiyac olmadığını bəyan edib.

***

Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün fransalı həmkarı Jan-Mark Eyro ilə telefonla danışıb.



`Fidel Kastro`: `Gəncliyim Naxçıvanda keçib` (MÜSAHİBƏ)

Fidel Kastronu demək olar ki, hamı tanıyır. O, Kuba inqilabının lideridir. Okeanın o tayında yerləşən Kubanın liderini Azərbaycanla bağlayan bir məqam var. Yəqin ki, sizə də təəccüblü gəldi: Fidel Kastro hara, Azərbaycan hara? Onu ölkəmizlə nə bağlaya bilər?

***

`BVF, ÜTT və Dünya Bankı dövlətlərin iqtisadiyyatını dağıdır` - Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 1news.az saytında “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyaların əksi kimi” məqaləsi dərc olunub. Sayt anons edir ki, bu məqalə Administrasiya rəhbərinin yeni kitabının əsasını təşkil edəcək.

***

Prezidentin qatıldığı sərgidən FOTOLAR

Bu gün Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransı, həmçinin VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi keçirilib.

***

`Ölkəmizə təzyiq etməyə çalışırlar` - Səməd Seyidov

“İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətinə ləkə yaxmağa çalışırdılar. Amma bu, mümkün olan məsələ deyil. İnsan haqları qlobal problemdir. Biz bu məsələyə diqqətlə yanaşırıq”. Bunu Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri, İnsan Haqları üzə İşçi Qrupunun həmsədri Səməd Seyidov deyib.

***

`Azərbaycan mövqelərimizi yerlə yeksan edə bilər` - Babayan


“Azərbaycan hərbçilərinin yarım saat ərzində ələ keçirdiyi mövqelər strateji obyektlər idi”. Bunu qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq “müdafiə naziri”, Ermənistana yeni qayıdan Samvel Babayan deyib.

***

Ramiz Mehdiyev: `Azərbaycan hakimiyyəti xalqa arxalanır`

“Dövlətin güclü rolu olmadan Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşdırılmasından danışmaq mümkün deyil. Hakimiyyət öz xalqının unikal ənənələrinə arxalanır”. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyaların əksi kimi” adlı məqaləsində qeyd olunub.

***

Koçaryandan etiraf: `Ermənistan Azərbaycana uduzdu`

“Azərbaycan Ordusunun silahlarının keyfiyyətcə üstün olması sirr deyil. Bunu bilmək ayrı şeydir, döyüş meydanında bununla qarşılaşmaq isə başqa". Bu barədə erməni KİV-ə müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan aprel döyüşlərindən danışarkən bildirib.

***

Obamadan İlham Əliyevə məktub: `Addımlarınızı dəstəkləyirəm`

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Xəzər Neft və Qaz” sərgi və konfransının 23-cü ildönümü münasibətilə məktub ünvanlayıb.

***

`ABŞ-ın dəstəyi mühüm rol oynayıb`- Nazir

XXIII Beynəlxalq Xəzər Neft və Qaz 2016 sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

***

Azərbaycanda `ASAN Viza` sistemi yaradılır

Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.



Bakıda pulsuz attraksion keyfi - FOTOLAR

1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Dənizkənarı Milli Parkın rəhbərliyi uşaqları sevindirib.

***

`Xahiş edirəm, tariximizin üstündən xətt çəkməyin` - Deputat

Milli Məclisin deputatı Vahid Əhmədov Bakının “Sovetski” kimi tanınan ərazisində aparılan söküntü işləri zamanı tarixi abidələrə qarşı diqqətsizlik göstərilməsinə görə Nazirlər Kabinetinə müraciət ünvanlayıb.

***

Gülnar erməni qıza görə öldürülüb? - Qatil ərin dəhşətli cinayətləri

Gülnar Həbibovanın Rusiyanın Sankt-Petrburq şəhərində həyat yoldaşı Samir Həbibov tərəfindən amansızlıqla qətlə yetirilməsi yerli və Rusiya mətbuatının gündəmini zəbt edib.

***

İki kənd arasında kütləvi dava - VİDEO

Dağıstanın Babayurtovski rayonunun “Xasanay” və “Krasnıy oktyabr” kənd sakinləri bu yaşayış məntəqələri arasında yerləşən torpaq sahəsindən istifadəyə görə kütləvi dava salıblar.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti