Şəmkirdə oğul sərxoş atasını döydü

Şəmkirdə oğul sərxoş atasını döydü
  01 İyun 2016    Oxunub:1404
Şəmkir rayonunun Tatar kəndində döyülmə faktı qeydə alınıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini 79 yaşlı Oruc Mustafayev oğlu Sakit Mustafayev tərəfindən döyülüb.

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm bölməsindən verilən məlumata görə, hadisəyə atanın ağır dərəcəli sərxoş olması və ailə üzvləri ilə münaqişə etməsi səbəb olub. Uzun sürən mübahisədən sonra əsəblərinə hakim ola bilməyən oğul ataya əl qaldırıb.

Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti