MHP-nin qurultayının vaxtı dəyişdirildi

MHP-nin qurultayının vaxtı dəyişdirildi
  30 May 2016    Oxunub:1507
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayının keçiriləcəyi tarix dəyişdirilib.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, qurultay iyulun 19-da Ankarada Böyük Oteldə keçiriləcək.

Qeyd edək ki, bundan öncə MHP-nin sədri Dövlət Baxçalı qurultayın iyulun 10-da keçiriləcəyini açıqlamışdı.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti