Təkrar seçkilər canlı izlənəcək

Təkrar seçkilər canlı izlənəcək
  26 May 2016    Oxunub:1658
90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dairə üzrə məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq.
AzVision.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsi var, bu məntəqələrdən 10-da veb-kameralar quraşdırılacaq.

MSK sədri əlavə edib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb:

“Namizədliyi qeydə alınanlardan ikisi siyasi partiyaların namizədi (Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov, Ümid Partiyasının namizədi İqbal Ağazadə), 5-i isə fərdi qaydada namizədliyi irəli sürülmüş şəxsdir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti