Ağır yol qəzası: ölən və xəsarət alanlar var

Ağır yol qəzası: ölən və xəsarət alanlar var
  25 İyul 2013    Oxunub:939
Qaradağda ağır yol qəzası baş verib.
Daxili işlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyulun 24-də saat 02.30 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Cəlilabad rayon sakini Zaur Bahəddinov idarə etdiyi “VAZ-21074” markalı avtomaşını yolayrıçısına vurub.

Nəticədə xəsarət almış Z.Bahəddinov və sərnişini, Abşeron rayon sakini Oktay Əsgərov xəstəxanaya yerləşdiriliblər.

O.Əsgərov orada ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti